Ceyms Kaan

Ceyms Kaan

Aktyor

BİOQRAFİYA

Ceyms Edmund Kaan 26 mart 1940-cı ildə Nyu-Yorkun Bronks rayonunda yəhudi mühacirlərin ailəsində anadan olub. Gələcək aktyor əvvəl ət tədarükü ilə məşğul olub. "Neighborhood Playhouse" aktyorluq universitetini bitirib (Senford Meysnerin şagirdi olub). İlk rolunu 1963-cü ildə Billi Uaylderin “Zərif İrma” filmində oynayıb. Ona dünya şöhrəti gətirən film Frensis Ford Koppolanın “Xaç atası” filmində Santino Korleone rolu olub. Eyni zamanda Stiven Kinqin eyniadlı romanının motivləri əsasında çəkilmiş “Miseri” trillerində canlandırdığı yazıçı obrazı ilə tanınır. Karate üzrə qara kəmərə sahibdir. “Soke” tituluna malikdir. Daha çox “Xaç atası”, “Rollerbol”, “Çox uzaq körpü”, “Mizeri”, “Yuyucu” və “Henrinin kriminal fişkası” filmlərində oynadığı rollara görə tanınır. 1972-ci ildə “Oskar” mükafatına namizəd olub. 1971-ci ildə “Emmi” mükafatına namizəd olub. Üçqat “Qızıl Qlobus” nominantıdır (1972, 1974, 1975), “Saturn” mükafatının laureatıdır. Ceyms Kaan dörd dəfə evli olub: Didcey Metis (1960-1966), Şeyla Rayan (1976-1977), İnqrid Hayek (1990-1995), Linda Stouks (1996-2009). Aktyorun beş övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/James_Caan

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç