Songül Ödən

Songül Ödən

Aktrisa

BİOQRAFİYA

Songül Ödən 17 fevral 1979-cu ildə Diyarbakır şəhərində (Türkiyə) anadan olub. Uşaqlığı Ankara şəhərində keçib, ailəsi ora uşaqlıqdan bəri köçüb. Televiziya ekranlarına çıxmazdan əvvəl Türkiyənin müxtəlif teatr tamaşalarında çıxış edib. Türkiyəli aktyor Canberk Uçucu ilə evli olub, 2008-ci ildə cütlük ayrılıb. İddiaya görə boşanma qısqanclıq zəminində baş verib. Uçucu aktrisanın “Mirvari” serialının çəkilişlərindən sonra gizli şəkildə Kıvanç Tatlıtuğla görüşdüyündən şübhələnib. Songül Türkiyədə çoxsaylı teatr rolları ilə tanınır. 2001-ci ildə telekaryerasına qədəm qoyub. İlk olaraq “Vəsiyyət” adlı seriala çəkilib. Ardınca onun iştirakı ilə daha iki teleserial: “Hava buludu” və “Mirvari” ekranlara çıxıb. “Mirvari” serialında baş qadın rolunu (İnci) oynayıb. Serialın çəkilişi iki il davam edib. 2008-ci ildə aktrisa “Vazgeç Gönlüm” adlı serialın aktyor heyətinə qoşulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: 
https://en.wikipedia.org/wiki/Song%C3%BCl_%C3%96den  

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç