Keri Malliqan
Aktrisa
Keri Malliqan 28 may 1985-ci ildə Londonda (İngiltərə) anadan olub. Qızcığazın üç yaşı olanda atası Stiven maraqlı iş təklifi aldığına görə ailəsi İngiltərədən Almaniyaya köçür. Malliqanın qardaşı orta məktəb səhnəsində “Kral və mən” tamaşasında çıxış edərkən onun aktyor sənəti və səhnə oyununa marağı başlayıb. Hətta bundan sonra o özü də məktəb tamaşalarında çıxış etməyə başlayır. Peşəkar səhnədən əvvəl Malliqan dəfələrlə gizli olaraq teatr məktəbinə daxil olmağa çalışıb; valideynləri qızın seçimini dəstəkləmirdilər. İlk rolu Ceyn Ostinin “Qürur və qərəz” filmində Bennet ailəsinin dördüncü qızı - Kitti obrazı olub. Növbəti il Çarlz Dikkensin “Soyuq ev” əsərinin uyğunlaşdırılmış ssenarisi əsasında çəkilən filmdə epizodik Ada Kler obrazını oynayıb. 2007-ci ildə “Cek mənim oğlumdur” sənədli dramında oynayır. 2008 ci ildə Maykl Mannın “Conni D” kriminal bioqrafik dramında Kerol Sleymen obrazını canlandırır. Cim Şeridanın “Qardaşlar” hərbi dramında aktrisa Natali Portman, Ceyk Cillenholl və Tobi Maquayrla birlikdə çəkilib. Daha sonra Malliqan “Dahi Getsbi” filmində Leonardo Di Kaprionun tərəf-müqabili olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.imdb.com/name/nm1659547/bio?ref_=nm_ov_...