Halit Ergenç

Halit Ergenç

Aktyor

BİOQRAFİYA

Halit Ergenç 30 aprel 1970-ci ildə İstanbulda aktyor Sait Ergençin ailəsində dünyaya göz açıb. Orta təhsilini Atatürk litseyində alıb. Litseyi bitirdikdən sonra İstanbul Texniki Universitetinə daxil olub. İkinci kurs ərəfəsində Memar Sinan adına Universitetə köçürülüb. Oxuya-oxuya operatorluq edib, marketoloq işləyib. Həmçinin bir müddət vokal və rəqslə məşğul olub, müğənni Ajda Pekkan ilə birgə çıxış edib. 1996-cı ildə “Dormen” teatr truppasına qəbul olunub və “Kral və Mən” müziklında ilk rolunu alıb. Daha sonra televiziya layihələrinə qatılıb. “Qara mələk” serialında canlandırdığı obraz ona uğur gətirib. Buna baxmayaraq, əsas gücünü teatr tamaşalarına verib. “Köşe Kapmaca” və “Böyle mi olacaktı” seriallarından sonra Nyu-Yorka yollanıb. Orada “Zakın Macəraları” adlı müziklda çıxış edib. 2000-ci ildə “Hiç yoktan aşk”, “Ölüm imzası” filmlərində, “Dedem, Gofret ve Ben” və “Zerda” seriallarında rol alıb. Halit eyni zamanda teatr tamaşalarında çıxışlarını davam etdirib. 2004-cü ildə “Aliye” serialında Sanem Çelik və Necat İşlərlə tərəf-müqabili olub. 2006-cı ildən başlayaraq, Ergenç “Min bir gecə” serialında Onur Aksal roluna çəkilib. Ergenç eyni zamanda “Dersimiz Atatürk” filmində Mustafa Kamal Atatürk obrazını canlandırıb. 2011-ci ildə onu dünyaca məşhur aktyora çevirmiş “Mühteşem Yüz Yıl” serialında Sultan Süleyman rolunu oynayıb. Aktyor peşəkar rəqqasdır. “Böyüklər üçün rəqs et” proqramında iştirak edib. Şəxsi həyatına gəlincə, 2007-ci ildə aktrisa Gizem Soysaldı ilə evlənib. Bir ildən sonra, noyabr ayında boşanıblar. 7 avqust 2009-cu ildə aktrisa Bergüzar Korellə ailə qurub. Cütlüyün Ali və Han adlı iki oğlu var.  

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Halit_Ergen%C3%A7

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç