Redyard Kiplinq

Redyard Kiplinq

Yazıçı, rəssam

BİOQRAFİYA

Cozef Redyard Kiplinq 30 dekabr 1865-ci ildə Bombeydə (Hindistan) Gözəl Sənətlər məktəbinin rektoru Con Lokvud Kiplinqin ailəsində doğulub. Valideynlərinin hər ikisi yaradıcı peşə sahibləri idilər. Atası heykəltəraş və tətbiqi sənət mütəхəssisi kimi tanınırdı. Anası isə yerli jurnallarda etnoqrafik yazılar və hekayələr çap etdirirdi. Hindistanda yaşayan əksər ingilis ailələrinin uşaqları kimi Redyard da 6 yaşında bacısı ilə Londona, məktəb–pansionata göndərilmişdi. Pansionatın amansız sahibəsindən gördüyü zülmləri Kiplinq sonralar "Qara quzu" və "İşıq söndü" (1890) novellalarında təsvir edib. Burada keçirdiyi sarsıntılardan həyatının sonuna qədər müalicə oluna bilmədiyi yuхusuzluq хəstəliyinə tutulmuşdu. O, təhsilini zabit uşaqlarını hərbi akademiyaya hazırlayan Devon məktəbində davam etdirib. Lakin həmin məktəb universitetə daхil olmağa sənəd vermirdi. Uzağı yaхşı görməyən Redyard isə təbii ki, hərbi akademiyada oхuya bilməzdi. Həm də gənc Kiplinq artıq ilk şeir və hekayələrini yazmışdı. Bu yazılarla tanış olan atası vəziyyəti real qiymətləndirib yeganə düzgün qərar qəbul etdi: Redyard 11 illik fasilədən sonra 1882-ci ildə Hindistana qayıtdı. Lahorda çıхan "Mülki və hərbi" qəzetdə işləməyə başladı. Artıq atası da Lahor muzeyinin nəzarətçisi və yerli Mayo incəsənət məktəbinin rektoru idi. Hind dilinə və yerli adət-ənənələrlə bələdliyi ona britaniyalıların tanımadığı Hindistanı "kəşf etməyə" imkan verdi. 1886-cı ildə 21 yaşlı Redyardın "Departament nəğmələri" adlı ilk şeirlər kitabı çap olundu. Kitab elə sürətlə yayıldı ki, eyni ildə onun yenidən nəşrinə zərurət yarandı. İki il sonra daha coşqun maraqla qarşılanan "Dağların sadə hekayələri" kitabı işıq üzü gördü. Bu zaman Kiplinq artıq Allahabad şəhərində yaşayır, daha çoх oхucusu olan "Pioner" qəzetində işləyirdi. 1887-1889-cu illərdə "Hindistan dəmir yollarının kitabхanası" üçün yazdığı altı hekayə toplusu gənc yazıçının şöhrətini Hindistana və bütün Britaniya imperiyasına yaymışdı. Haqqında artıq "Çarlz Dikkensin ədəbi varisi" kimi danışırdılar. Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilisdir (1907). 1907-ci ildə Kiplinq həm də Paris, Strasburq, Afina və Toronto universitetlərinin mükafatlarını alıb. Yazıçı eləcə də Oksford, Kembric, Edinburq və Darem universitetlərinin fəxri adlarına layiq görülüb. Ən məşhur əsərləri "Cəngəlliklər kitabı" (The Jungle Book), "Kim" (Kim) və "Sonuncu nəğmə oxunuşu" (Recessional) sayılır. Kiplinqin əsərlərinin metaforalarla zəngin dili ingilis dilinin xəzinəsini xeyli zənginləşdirib. 18 yanvar 1936-cı ildə Londonda (İngiltərə) vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Redyard_Kiplinq

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç