Mik Devis

Mik Devis

Rejissor, ssenarist

BİOQRAFİYA

Maykl “Mik” Devis 1 avqust 1961-ci ildə Qlazqou şəhərində (Şotlandiya) anadan olub. Qorbals şəhərində boya-başa çatıb. Uşaqlığında asmadan əziyyət çəkib, hətta bir müddət yatağa düşüb. Səhhətinin normallaşmasından sonra Seltik futbol klubunda fitnes üzrə məşqçi işləyib. Orada müğənni Rod Stüartla tanış olub. Sonradan Los-Anceles şəhərinə köçərək, ssenaristlik üzrə karyerasına qədəm qoyub. Bu işdə ona dostu Stüart köməklik edib, onu şoubiznes əhli ilə tanış edib. İlk əlamətdar ssenarisi “Parisdə Sevgi” filminə yazdığı ssenari sayılır. 1999-cu ildə “Matç” adlı idman-romantik komediyasını lentə almaqla rejissor debütünü gerçəkləşdirib. 2004-cü ildə görkəmli rəssam Amadeo Modilyaninin həyatından bəhs edən Modilyani filmini lentə alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mick_Davis_(director)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç