Elza Zilberşteyn

Elza Zilberşteyn

Aktrisa

BİOQRAFİYA

Elza Zilberşteyn 16 oktyabr 1968-ci ildə Parisin şəhərkənarı qəsəbələrindən birində, polşalı fizik Albert Zilberşteyn və onun həyat yoldaşı katolik Lilian Şenarın ailəsində anadan olub. Uşaqlığından aktiv şəkildə rəqslərlə məşğul olub, xüsusi məktəbə gedib. Məktəbi bitirdikdən sonra Milli Dram İncəsənət Konservatoriyasına daxil olmağa çalışsa da, imtahandan kəsilib. Bu uğursuzluqdan sonra çoxsaylı kastinqlərdə iştirak edib və nəhayət 1980-ci illərin sonlarında epizodik rollara çəkilməyə başlayıb. 1991-ci ildə Moris Pialın seçimlərinə düşüb. Sonuncu ona “Van-Qoq” tarixi bioqrafik filmində mərkəzi rollardan birini təklif edib. Həmin rol ona 1992-ci ildə Mişel Simon adına kinomüfakatını qazandırıb. Həmçinin ilk dəfə “Sezar” mükafatına namizəd olub. Ona ən çox şöhrət gətirən filmlərdən biri “1993-cü ildə çəkildiyi “Mina Tannenbaum” filmidir. Oradakı roluna görə Romi Şnayder adına mükafatla təltif olunub. 1994-cü ildə Jerar Korbyenin “Farinelli-Kastrat” bioqrafik dramına çəkilib. Həmin rola görə Qızıl Qlobus mükafatını qazanıb, ən yaxşı xarici dilli film kateqoriyasında ümumi çəkiliş heyəti ilə “Oskara” namizəd olub. 2004-cü ildə “Modilyanı” bioqrafik dramında məşhur rəssamın qeyri-rəsmi həyat yoldaşı rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Elsa_Zylberstein

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç