Cennifer Lav Hyuitt

Cennifer Lav Hyuitt

Aktrisa, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Cennifer Lav Hyuitt 21 fevral 1979-cu ildə Texas ştatının Ueyko şəhərində, ingilis əsilli Gerbert Deniel Hyuitt və Patrisiya Mey Şippin ailəsində dünyaya gəlib. Cenniferin atası texnik, anası isə defektoloq işləyib. 1987-ci ildə ailə Qarlend şəhərinə köçür. Valideynləri ayrıldıqdan sonra Hyuitt qardaşı Toddla birlikdə anası ilə qalır. Uşaqlıqdan musiqi ilə məşğul olan Hyuitt 3 yaşında Uitni Hyustonun repertuarından "The Greatest Love of All" mahnısını oxuyub. İstedad axtarışı agentlərinin məsləhətindən sonra, Cennifer 10 yaşında anası ilə Kaliforniyanın Los-Anceles şəhərinə köçərək orada aktyorluq və musiqi karyerasına başlayır. Los-Ancelesə köçdükdən sonra aktrisa iyirmidən çox televiziya reklam çarxına çəkilir. 1989-cu ildən 1991-ci ilədək davam edən uşaq televiziya şousunda iştirakı onun aktrisa karyerasında fasilə yaradır. Hyuittin kinodebütü "Mançi" (1992) filmində baş tutur. "Ötən yay nə etdiyinizi bilirəm" (1997) dəhşət filmində aparıcı rolundan sonra o, kinoulduza çevrilir. Film 125 milyon dollar qazanır və Cenniferi Amerikanın ən populyar gənc aktrisalarından biri edir. O, həmçinin bu filmin davamı olan "Mən hələ də ötən yay nə etdiyinizi bilirəm" (1998) gənclər üçün komediya, "Gözləyə bilmirəm" (1998) filmi və "Ürək oğruları" (2001) romantik komediyasına çəkilir. Cennifer Avropa və Yaponiyada böyük uğur qazanmış dörd musiqi albomu çıxarıb. Onun birinci albomu ancaq Yaponiyada çıxıb. Hyuitt bu ölkədə pop-ulduz hesab olunur. 2005-ci ilin martında Hyuittin şəkilləri "Maxim" dərgisindəki "Maksimin qızları" qalereyasında çıxıb. 2006-cı ilin mayında jurnalın "Hot 100" ən cazibədar məşhur qadınlarının siyahısında Cennifer 29-cu sıraya layiq görülüb. 21 noyabr 2013–cü ildə aktyor Brayan Hellisey ilə ailəlidir. Cütlüyün bir qızı, bir oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jennifer_Love_Hewitt

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç