Toni Körran

Toni Körran

Aktyor

BİOQRAFİYA

Toni Körran 1969-cu ildə Qlazqo şəhərində (Şotlandiya) anadan olub. "Holyrood Secondary School" katolik məktəbində oxuyub. Şotlandiyanın Kral musiqi və dram akademiyasını bitirib. 17 yaşında televiziya layihələrində iştirak etməyə başlayıb. Böyük ekranlarda ilk dəfə 1994-cü ildə “İnsan olmaq” filmində görüntülənib, Yuen MakQreqorla birlikdə çəkilib. Elə həmin il Denni Boylun rejissor debütü sayılan “Dayaz qəbir” filmində rol alıb. 1995-ci ildə Maykl Uinterbottomun “İrəli” dramına çəkilib. Həmçinin 1999-cu ildə “13-cü döyüşçü” filmində düşmən qüvvələrə qarşı savaşan skandinav cəngavərlərindən birini oynayıb. Karyerasında sürətli yüksəliş dövrü “Bleyd 2” vampir saqasında iştirakı ilə başlayıb. Daha sonra “Başqa dünya: Təkamül” adlı kult filmdə vampir Markus Korvinus rolunu oynayıb. 2003-cü ildə “Dahi centelmenlər liqası” filmində gözəgörünməz adam obrazını yaradıb. 2006-cı ildə Karran  “Qırmızı yol” filmində baş rolu oynayıb və həmin rola görə BAFTA Scotland mükafatına və Britaniya Müstəqil Kino mükafatına layiq görülüb. 2013-2015-ci illərdə Syfy telekanalında yayımlanan “Çağırış” serialında mərkəzi rollardan birini oynayıb. "Bleyd 2”, “Dahi centlemenlər liqası”, “Başqa dünya: Təkamül”, “Yaxşı Alman”, “Qırmızı yol”, “Qanundan kənar kral” filmlərində oynadığı rollara görə tanınır. Müstəqil britaniya kino mükafatının laureatıdır.

Ətraflı məlumat üçün aşağıdkaı linkə basın:
https://en.wikipedia.org/wiki/Tony_Curran

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç