Aaron Eşmor

Aaron Eşmor

Aktyor, prodüser

BİOQRAFİYA

Aaron Eşmor 7 oktyabr 1979-cu ildə Kanadanın Riçmond şəhərində anadan olub. Şon Eşmor adlı əkiz qardaşı var, o da aktyordur. Turner Fenton orta məktəbindən oxuyub, daha sonra Earnscliffe Senior dövlət məktəbinə gedib. Əlinə babasında olduğu kimi “GMA” yazısını (Good Man Ashmore) döydürüb. 2014-cü ildə Zoi Keytlə ailə qurub. 2016-cı ildə cütlüyün qızı dünyaya gəlib. Aaron Eşmor aktyor karyerasına 1991-ci ildə qədəm qoyub. Ona ilk şöhrəti gətirən rol “Bal kralı” filmində Mark Holl roludur. Daha çox “Smolvil sirrləri” serialında oynadığı Cimmi Olsen rolu ilə tanınır. 2011-2014-cü ildə “13-cü anbar” serialına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Aaron_Ashmore

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç