Stiv Mayner
Rejissor, ssenarist, prodüser
Stiven S. Mayner 18 iyun 1951-ci ildə ABŞ-ın Konnektikut ştatının Uestsport şəhərində anadan olub. Bir çox nüfuzlu teleşouların, o cümlədən “Möhtəşəm illər”, “Ceyk 2.0”, “Felisiti”, “Douson Buxtası”, “Qətl diaqnozu” və digər serialların yaradılmasında iştirak edib. Maynerin ilk iri layihəsi 1980-ci ilin hitinə çevrilmiş “Ayın 13-ü, cümə” qorxu filmi olub, həmin filmdə prodüser köməkçisi vəzifəsində olub. Gördüyü işin keyfiyyətinə görə, onu filmin iki sikvelinə rejissor təyin ediblər. 1986-cı ildə “Ev” adlı komedi-horrorunu çəkib. Daha sonra “Hollouin: 20 ildən sonra” və “Plesid gölü” qorxu filmlərini lentə alıb. 2008-ci ildə Corc Romeronun “Ölülər günü” filminin remeykini çəkib, həmin filmdə Vinq Reyms, Mina Suvari, Nik Kennono Krista Kempbell kimi aktyorlar rol alıb. Ssenarini “Təyinat nöqtəsi” franşizasının müəllifi Ceffri Reddik yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Steve_Miner