Bricit Fonda
Aktrisa
Bricit Ceyn Fonda 27 yanvar 1964-cü ildə Los-Anceles şəhərində (ABŞ) aktyor ailəsində anadan olub. Anası Süzan Ceyn Brüser rəssam, atası Piter Fonda aktyor olub. Uşaq olanda valideynləri boşanıb və atası yazıçı Tomas Makquenin keçmiş həyat yoldaşı ilə ailə qurub. Atasının ikinci toyundan sonra Bricit və onun qardaşı Castin atası ilə az ünsiyyət qurub. Bricit ilk dəfə olaraq ekranlara “Qayğısız səyahət” filmində atası ilə birlikdə çıxıb. İkinci rolunu 1982-ci ildə təqdim olunan “Tərəfdaşlar filmində oynayıb və rol ərzində bir dəfə olsun belə ağzını açmayıb. Aktrisanın ilk əlamətdar rolu “Qalmaqal” filmində olub. Sözügedən filmdə Con Hört baş rola çəkilib. 1990-cı ildə aktrisa “Xaç atası” trilogiyasının son hissəsində jurnalist rolunu oynayıb. Bir neçə epizodik roldan sonra Bricit “Tənha Ağ Qadın” filmində baş rola çəkilib. Filmdəki performansına görə tənqidçilərin rəğbətini qazanıb. 1997-ci ildə Bricit Kventin Tarantino ilə təsadüfən eyni təyyarədə uçur. Aralalarında yaranan söhbətdən sonra rejissor onu “Cekki Braun” filmində “çimərlik qızı” roluna dəvət edir. Ona həmçinin “Elli Makbil” serialında baş rol dəvət olunsa da, təklifi rədd edib. Aktrisa 29 noyabr 2003-cü ildə bəstəkar Denni Elfmana ərə gedib. 2005-ci ildə onların Oliver adlı övladı dünyaya gəlib. Toydan sonra Bricit bir dəfə olsun böyük ekranlarda görünməyib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%BE%D0%BD%D0%B4%D0%B0,_%D0%91%D1%80%D0%B8%D0%B4%D0%B6%D0%B8%D1%82