Roy Li

Roy Li

Prodüser

BİOQRAFİYA

Roy Li 23 mart 1969-cu ildə ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində anadan olub. Hazırda Los-Ancelesdə yaşayır. Koreyalı mühacirlərin ailəsində boya-başa çatıb. Valideynləri onun dünyaya gəlməsindən 3 il əvvəl ABŞ-a köçüb. Li-nin anası xristian dindar olub və oğlunun böyüyüb keşiş olacağına ümid edib. 1987-ci ildə Li Uolte Conson Betesd adına orta məktəbi bitirib. Corc Vaşinqton Universitetində tələbə olduğu illərdə (hüquq ixtisası üzrə təhsil alıb) “Fried Frank Harris Shriver and Jacobson” hüquq şirkətində təcrübə keçib, 1996-cı ildə ali təhsil ocağını bitirib, "Fried Frank"da beş il işlədikdən sonra Los-Ancelesə köçüb və “Alphaville” kino şirkətinin trekeri vəzifəsinə işə düzəlib. Trekerlər ssenarilər və müqavilələrlə bağlı məlumatlar toplayır. "Vertigo Entertainment" şirkətinin təsisçilərindən biridir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Roy_Lee

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç