Tomas Hardi

Tomas Hardi

Yazıçı

BİOQRAFİYA
Tomas Hardi 2 iyun 1840-ci ildə Apper-Bokhemptonda (Dorset qraflığı, İngiltərə) anadan olub. Tomas Hardi 1840-cı ildə İngiltərənin Dorçester kəndində dülgər oğlu olaraq dünyaya gəlib. İlk təhsilinə bir kənd məktəbində yiyələnmiş, daha sonra Dorçesterdəki bir məktəbə gedib. Gənclik illərində Latın və yunan klassiklərini oxuyan Hardi Dorçesterdə yeni açılan akademiyaya daxil olub. Bir müddət kilsə təmirçisi olan memarın yanında işlədikdən sonra rahib olmağa qərar verdi. Bu ixtisas üzrə çoxlu kitablar oxudu. 1862-ci ildə Londona köçərək məşhur bir memarın yanında işləməyə başladı. Uşaqlığından şeir yazan Hardi sonradan roman janrına üstünlük vermiş və ilk romanı olan "Yoxsul adam və xanım" əsərini 1868-ci ildə tamamlayıb. Tənqidi üslublu və sosializm dünyagörüşlü olduğundan naşirlər əsəri nəşr etmədilər. Hardinin nəşr olunan ilk kitabı "Ümidsiz çarələr" romanıdır. Kitab 1871-ci ildə imzasız nəşr olunub. Bundan sonra onun "Dəfnə ağacı altında" kitabı çap olundu. Tomas Hardi əsərlərindəki müşahidə qabiliyyəti, incə yumoru və həssas izahatı ilə fərqlənir. Bununla yanaşı o, bəzi romanlarında doğulub-böyüdüyü Dorset bölgəsinin təbiətini və insanlarını təsvir edir. Əvvəllər Desseks adlandırılan bu bölgənin sənayeləşmə ilə bərabər üzləşdiyi dəyişkənliyi əsərlərində hüznlü bir üslubla təsvir edir. Hardinin imzasız olaraq bir jurnalda çap etdirdiyi "Çılğın izdihamdan uzaq" adlı əsəri böyük maraq doğurduqdan sonra, özünü bütünlüklə ədəbiyyata verib. 1878-1895-ci illərdə yazdığı "Yuvaya dönüş", "Trompet başçısı", "Tess" və "Üsyankar qəlblər" romanları ilə məşhurluq qazanıb. Viktoriya dövrünün mühafizəkar dəyər mühakimələrinə qarşı çıxdığı bu romanlara görə çoxlu sayda tənqidlərə məruz qalıb. Bu səbəbdən yenidən şeir yazmağa başlayan Hardi 1898-ci ildə daha əvvəl yazmış olduğu şeirləri də birləşdirərək "Wesseks şeirləri" kitabını nəşr etdirdi. Sonradan romanları əsasında filmlər çəkilən Tomas Hardi müasir ingilis romanının qurucularından sayılır. 11 yanvar 1928-ci ildə Dorsetdə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tomas_Hardi
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç