Bau Vau

Bau Vau

Aktyor, bəstəkar

BİOQRAFİYA

Bau Vau 9 mart 1987-ci ildə ABŞ-da anadan olub. Üç yaşından musiqi ilə maraqlanmağa başlayıb. 6 yaşında Kid Gangsta təxəllüsü altında Los-Ancelesdə konsertdə çıxış edir. O zaman o məşhur reper Snoop Doggun diqqətini cəlb edir. Lil Bau Vau səhnə adı altnda çıxış etməyə başlayıb. Bu ad altında musiqiçi 13 yaşında "Beware of Dogg" debüt albomunu tamaşaçılara təqdim edir. Üç ildən sonra "Unleashed" albomu işıq üzü görür və o sadəcə Bau Vau kimi çıxış edir. İlk dəfə Bau Vau kinoda 2002-ci ildə “Benjaminlər barədə hər şey” və “Karmen: Hip-hoper” filmində epizodik rolda çəkilib. Həmin il Con Şultzun rejissor olduğu “Mayk kimi” filmində valideynlərsiz böyüyən və nəticədə komandanın ən yaxşı oyunçusuna və NBA ulduzuna çevrilən 14 yaşlı idmançı Kelvin Kembric rolunda çəkilir. Bu rol aktyora uğur və məşhurluq qazandırır. 2004-cü ildə Vanessa Uilyams, Serdik Antonio Kaylsom, Solanc Nouls ilə birlikdə “Consonlar tətildə” filmində rol alır. 2005-ci ildə Malkolma D.Li  “Rollerlər” filmində çəkilir və “Üçlü forsaj: Tokio drifti” filmində ikinci dərəcəli rola çəkilib. 2008-2013–cü illərdə aktyor “Valideynlərdən gizlin” çoxseriyalı ailə melodramında çəkilir. 2009-cu ildə aktyor Tim Storinin “Qasırğa mövsümü” filmində yer alır. 2010-cu ildə musiqiçi Ays Kubla birlikdə “Lotoreya bileti” filmində baş rollardan birini ifa edib. 2013-cü ildə “Çox dəhşətli film 5” komediyasında Erik rolunda çəkilir. Qonaq qismində “Smolvill sirrləri” və “Çirkin Betti” televiziya seriallarında iştirak edib.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın: 
https://www.ivi.az/person/bau_vau

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç