Terri Zviqoff

Terri Zviqoff

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Terri Zviqoff - amerikalı kinorejissor, ssenarist, prodüserdir. Zviqoffun kinematoqrafiyadakı vizit kartı çəkdiyi kiçikbüdcəli sənədli filmlər sayılır. Amerikalı musiqçi Hovard Armstronqun həyatından bəhs edən ilk filmi – “Lui Blui”  1985-ci ildə təqdim olunub. İkinci sənədli filmi – “Kramb” (1994) avanqard-komiks cərəyanının banisi Robert Krambın həyatından bəhs edir. Daha sonra bədii filmlər çəkməyə başlayıb. 2001-ci ildə çəkilmiş “Ruhlar aləmi” filmi Deniel Klouzun “Eightball” komiks kitabı əsasında lentə alınıb. Filmi digərlərindən fərqləndirən cəhət odur ki, komikslərdə fantastik personajlardan bəhs edildiyi təqdirdə, “Ruhlar aləmi”də adi insanların hekayəsini danışır. 2003-cü ildə Zviqoff kult kriminal komediyasına çevrilmiş “Yaramaz Santa” filmini lentə alıb. Ekran əsərində baş rola Billi Bob Tornton çəkilib. Film “yeni il kinosu” ilə bağlı bütün stereotipləri sındırır. 2006-cı ildə Deniel Klouzun komikslərinə qayıdaraq, “Dahi üçün reklam” adlı satirik komediyanı çəkir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A6%D0%B2%D0%B8%D0%B3%D0%BE%D1%84%D1%84,_%D0%A2%D0%B5%D1%80%D1%80%D0%B8

 

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç