Toni Koks

Toni Koks

Aktyor

BİOQRAFİYA

Cozef Entoni “Toni” Koks 31 mart 1958-ci ildə ABŞ-ın Alamaba ştatının Yuniontaun şəhərində anadan olub. Toni Koksun valideynləri Cons və Henrietta Koksdur. Uşaq olanda anası onu da götürərək atasının evinə (Toninin babası) köçüb. Uşaqlığını həmin ştatda keçirib, orta məktəbdə oxuyub. Elə həmin şəhərdə gələcək həyat yoldaşı Oteliya ilə tanış olub. 1981-ci ildə münasibətlərini rəsmiləşdiriblər (Toninin 23 yaşı olanda). Məktəbi bitirdikdən sonra Alamaba universitetinə daxil olub. Ulduz karyerasına qədəm qoymazdan əvvəl reklam çarxlarına və sabun operalarına çəkilib. Debüt rolunu “Doktor Hekil və Mister Hayp” adlı komediya filmində gerçəkləşdirib. Corc Lukasın “Uillou” filmində Elvin, “Ulduz müharibələri” filmində evok rolu ilə məşhurlaşıb. 2008-ci ildə “Poçtalyon” filminə prodüserlik edib. Daha çox “Uillou”, “Ulduz müharibələri: VI epizod: Cedayın qayıdışı”, “Yaramaz Santa”, “Mən, birdaha mən və İren”, “Çox epik kino” filmlərində oynadığı rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BA%D1%81,_%D0%A2%D0%BE%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç