Genndi Tartakovski

Genndi Tartakovski

Rejissor, ssenarist, prodüser, aktyor, operator, rəssam

BİOQRAFİYA

Genndi Tartakovski amerikalı rejissor - animator, rəssam, prodüser və ssenaristdir. Tartakovski məşhur “Deksterin laboratoriyası”, “Superqızlar”, “Samuray Cek” cizgi filmlərinin və “Transilvaniya Oteli” trilogiyası rejissoru kimi tanınıb. Tartakovski 17 yanvar 1970-ci ildə Rusiyada yaşayan yəhudi ailəsində anadan olub. 7 yaşında ailəsi ilə birlikdə ABŞ-a köçüb. Liseyi Çikaqoda bitirib. Kaliforniya Sənət İnstitutuna daxil olub. 2001-ci ildə "Samuray Cek" adlı cizgi filmini çəkir. 2003-cü ildə "Ulduz Müharibələri: Klon Müharibələri'' cizgi filminin rejissoru olub. 2005-ci ildə bu cizgi filminin bitməsindən sonra Rusiyaya geri dönüb. Tartakovski Craig McCrackennin ''Powerpuff Girls'' cizgi filminin bəzi seriyalarına rejissorluq edib. "Samuray Cek" və "Deksterin Labaratoriyası" cizgi filminə görə Emmi mükafatına layiq görülüb. "Transilvaniya Oteli 3: Yay Tətili" (2018), "Popay" (2016), "Transilvaniya Oteli 2" (2015), "Transilvaniya Oteli" (2012), “Deksterin laboratoriyası: özünə səyahət” (1999), “Vrvarlar” (2006) filmlərinin və "Sim-Bionik Titan" (2010 -), "Klon müharibələri" (2003-2005), “Samuray Cek” ( 2001-) seriallarının rejissoru olub. "Transilvaniya Oteli 3: Yay Tətili" (2018), "Transilvaniya Oteli 2" (2015), “Deksterin laboratoriyası: özünə səyahət” (1999), “Samuray Cek” (2001) və sair film və serialların ssenari müəllifidir. "Transilvaniya Oteli 3: Yay Tətili" (2018) filminin çəkilişlərində və səsləndirilməsində iştirak edib.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cenndi_Tartakovski

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç