Qöts Otto

Qöts Otto

Aktyor

BİOQRAFİYA

Qöts Otto 15 oktyabr 1967-ci ildə Almaniyanın Offenbax şəhərində anadan olub. Valideynləri çörəkçi fabrikinin sahibləri olub. 1987-1988-ci illərdə Berlin Universitetində anadan olub. 1989-cu ildə Qratse şəhərində Musiqi və Dram İncəsənət Universitetində oxuyub. Təhsilini 1989-1993-cü illərdə Otto Falkenberq Dram İncəsənət Məktəbində (Münhen) davam etdirib. Şiller adına teatrda və Kamernon teatrında səhnəyə çıxıb. “Bondiana” casus silsiləsindən olan “Sabah heç vaxt ölmür” (1997) filmində əsas antoqonist Elliot Karverin köməkçisi rolunu oynayıb. Kastinqlərdə özünü təqdim etməsinə 20 saniyə vaxt verilir. Aktyor bunları deyib: “Mən böyükəm. Mən pisəm. Mən keçələm. Mən almanam. Gördüz heç beş saniyə çəkmədi” bu hazırcavablığı onun filmdə rol almasına kömək olur. Həmçinin Stiven Spilberqin “Şindlerin siyahısı” filmində SS mühafizəçilərindən birini oynayıb. İllər sonra “Bunker” filmində SS şturmbannfüreri Otto Günşe rolunda çıxış edib. 2013-cü ildə Rusiyanın “17 nömrəli əfsanə” filmində kanadalı hokkeyçi Fil Epsozito roluna çəkilib. Evlidir. Üç övladı var. Ailəsi ilə birlikdə Münhendə yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%82%D1%82%D0%BE,_%D0%93%D1%91%D1%82%D1%86

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç