Tomas Vinterberq
Rejissor, ssenarist, prodüser, aktyor
Tomas Vinterberq 19 may 1969-cu ildə Kopenhagendə (Danimarka) anadan olub. 20 yaşı olanda Tomas Danimarka Milli Kino Məktəbinə daxil olur və 1993-cü ildə həmin məktəbi bitirir. 1994-cü ildə diplom işi kimi çəkdiyi “Sonuncu raund” qısametrajlı filmi Münhendə keçirilən Tələbə Filmləri Festivalında mükafat qazanır. Həmçinin Tel-Əviv festivalının mükafatına layiq görülür. 2003 cü ildə Tomas kino dünyası tərəfindən soyuq qarşılanan “Məhəbbət haqqında hər şey” fantastik filmini ekranlaşdırır. 2007-ci ildən başlayaraq Vinterberq azbüdcəli layihələrin istehsalına başlayır. 2010-cu ildə “Submarino”, 2012-ci ildə “Ov”, 2015-ci ildə Tomas Hardinin eyniadlı romanı əsasında “Ağlını itirmiş kütlədən uzaq” melodramını ekranlaşdırır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Thomas_Vinterberg