Todd Ştraus-Şülson

Todd Ştraus-Şülson

Amerikalı kinorejissor, ssenarist, prodüser, montajçı və operatordur

BİOQRAFİYA

Todd Ştraus-Şülson 24 iyun 1980-ci ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Özündən kiçik Keyren adlı bacısı var. Ştraus-Şülson yəhudidir. Massaçuset ştatının Boston şəhərinin "Emerson College" kollecində oxuyub. 2003-cü ildə həmin təhsil ocağını bitirib və Los-Ancelesə köçüb. Rejissor olaraq debütünü 1997-ci ildə gerçəkləşdirib (Larceny adlı qısametrajlı film çəkib). Daha sonra musiqi kliplərinin yaradılması ilə məşğul olub, 6 ay Taylandda və Çində yaşayıb. Orada "MTV Whatever Things" (2005) serialının 3-cü mövsümünə rejissorluq edib. Ümumilikdə karyerası ərzində 28 film və serialın rejissoru olub. Daha çox “Harold və Kumar: Möhtəşəm Milad  Bayramı” komediya filminin (2011) və “Sonuncu Qızlar “ (The Final Girls) horror-komediyasının rejissoru kimi tanınır. “The Inbetweeners” (2012) və “Zach Stone Is Gonna Be Famous” (2013) serialının bir neçə epizodunun rejissoru olub. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Todd_Strauss-Schulson

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç