Kel Penn
Aktyor
Kalpen “Kel” Sureş Modi (Kel Penn) 23 aprel 1977-ci ildə ABŞ-ın Nyu-Cersi şəhərində hind əsilli mühacirlərin ailəsində anadan olub. Atası mühəndis, anası parfümer şirkətinin ətirlər üzrə mütəxəssisi olub. "Kalpen Marlboro Middle School" orta məktəbində oxuyub. Daha sonra təhsilini "Howell High School" məktəbində davam etdirib. 3 il incəsənət və aktyorluq üzrə sənət tədris mərkəzində təhsil alıb. Bundan başqa Kaliforniya Universitetində kino və sosiologiya üzrə oxuyub. Penn məktəb illərindən bəri aktyorluq sənətinə böyük maraq göstərib. Həmçinin caz-orkestrində saksafon ifaçısı olub. 1998-ci ildə kinokaryerasına qədəm qoyub (Express: Aisle to Glory adlı qısametrajlı filmə çəkilib). Onu ən çox məşhurlaşdıran “Harold və Kumar məzuniyyətdə” filmi sayılır. Eyni zamanda “24” və “Doktor Haus” kimi populyar seriallara çəkilib. Barak Obamanın seçkiqabağı kampaniyasında iştirak edib. 2009-cu ildə Obama administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbər köməkçisi vəzifəsinə təyin olunub. Həmin dönəmdə aktyorluq fəaliyyətinə müvəqqəti fasilə verib. 2013-cü ildə bəri "Discovery" telekanlında “The Big Brain Theory” verilişini aparıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D0%BD%D0%BD,_%D0%9A%D1%8D%D0%BB