Steysi Kiç

Steysi Kiç

Aktyor, rejissor, ssenarist, prodüser, bəstəkar

BİOQRAFİYA

Uolter Steysi Kiç (kiçik) amerikalı aktyor və diktordur. Uolter 2 iyun 1941-ci ildə ABŞ-ın Savanna (Corciya ştatı) şəhərində anadan olub. Anası Meri Keyn aktrisa, atası Uolter Steysi Kiç – teatr direktoru olub. 1959-cu ildə Van Nays orta məktəbini bitirib. Daha sonra Berkli və Yel Universitetlərində oxuyub. Ardınca London Teatr Sənəti Akademiyasında təhsil alıb. Gənclik illərində 1978-ci ilin “Nəşəxorlar” komik filmində narkotacirləri təqib edən polis zabiti rolunu oynayıb. “Amerikanın İks tarixi” filmində ultra-sağçıların yerli lideri Kemeron Aleksandr rolunu ifa edib. Daha çox “Yeni senturionlar”, “Mavi və boz” filmləri və “Xəfiyyə Mayk Hammer” serialında canlandırdığı obrazlarla yadda qalıb. Kino karyerasında uzun müddət durğunluq yaşanan aktyor indi daha çox diktorluqla məşğul olur. Dörd dəfə evli olub. Sonuncu həyat yoldaşı Malqoziya Tomassi ilə 1986-cı ildə ailə qurub. Birgə nikahdan 2 övladları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Stacy_Keach

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç