Mikko Leppilampi
Aktyor
Mikko Leppilampi 22 sentyabr 1978-ci ildə Finlandiyada anadan olub. “Mirvarilər və donuzlar” filmində uğurlu debütü ona ən yaxşı kişi rolu nominasiyasında Yussi mükafatını qazandırıb. 2005-ci ildə Tim Koyvusalonun “İkibaşlı qartalın kölgəsində” filmində şir rolunu ifa edir. Hadisələr Finlandiyanın Rusiyanın tərkibində olduğu dönəmlərə XX əsrin əvvəllərinə təsadüf edir. 10 may 2006-cı ildə aktyorun öz adını daşıyan ilk solo albomu işıq üzü görür. O çəkildiyi filmlərin saundtreklərini özü ifa edib. 10 və 12 may 2007-ci ildə Yaana Pelkonenlə birlikdə Helsinkidə keçirilən "Eurovision 2007" mahnı yarışmasının aparıcısı olub. 2008-ci ildə YLE teleşirkətindən "Eurovision"da Finlandiya tamaşaçılarının səslərini elan edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%BF%D0%BF%D0%B8%D0%BB%D0%B0%D0%BC%D0%BF%D0%B8,_%D0%9C%D0%B8%D0%BA%D0%BA%D0%BE