Kari Vyayanyanen

Kari Vyayanyanen

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Kari Vyayanyanen 17 sentyabr 1953-cü ildə Finlandiyada anadan olub. Miki və Aki Kaurismyaki qardaşlarının daima çalışdığı aktyordur. Onun iştirakı ilə tanınan filmlər arasında: “Bogemanın həyatı”, “Leninqrad kovboyları Amerikaya gedir”, “Yerdə zülmət”. 20 yaşında olarkən Kari Vyayanyanen Helsinkidə teatr məktəbinə daxil olur. Gənc aktyor kurs yoldaşları arasında seçilir və daha ciddi rollar ifa edirdi. Ona “Üzüklər hökmdarı” filmində Qollum rolu həvalə edilib. 1978-ci ildə "Nuorallatanssijan kuolema eli kuinka Pete Q sai siivet" qrupuna daxil olur. 1981-ci ildə filmlərə aktiv çəkilməyə başlayır. “Yon” filmində baş rolda debüt edib. Bu rol ona “Yussi” Finlandiya milli mükafatını qazandırıb. Aki Kaurismyakinin filmlərindəki rollarından sonra Cim Carmuş tərəfindən “Yerdə zülmət” fin novellasına Matti Pellonpyaya və Sakari Kuosmanenlə birlikdə çəkilməyə dəvət alır. Onun rejissor kimi debütü 1997-ci ildə “Vaiennut kylä” (Sakit kənd) filmi olub. Ardınca daha iki “Klassika” (2001) və “Havukko-axodan mütəfəkkir” (2009) filmlərini çəkib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D1%8F%D1%8F%D0%BD%D1%8F%D0%BD%D0%B5%D0%BD,_%D0%9A%D0%B0%D1%80%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç