Aku Louhimies
Prodüser, rejissor, ssenarist, aktyor, operator, montajçı
Aku Louhimies 3 iyul 1968-ci ildə Finlandiya, Helsinki şəhərində anadan olub. 1990-cı ildə rejissorluq karyerasına başlayıb. O zamanlar Aku «Doğma küçə”, “Ürəklər akademiyası”, “Ulduzlar fabriki”, “Vətənin ümidləri” qısametrajlı film və teleproqramların rejissoru olub. Lakin 2000-ci ildə çəkdiyi ilk tammetrajlı film “Restless” ona məşhurluq qazandırıb. Ardınca altı tammetrajlı film çəkib. Onlardan ikisi “Ömürlük donmaq” “ən yaxşı ssenari və quruluş” və “Donmuşlar şəhəri” “ən yaxşı quruluş” nominasiyasında “Yussi” mükafatına layiq görülüb. Aku Louhimiesin filmlərinin əksəriyyəti müasir finlandiya gənclərinin həyatı və məişəti, çətinlik, problemləri haqqında bəhs edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://cyclowiki.org/wiki/%D0%90%D0%BA%D1%83_%D0%9B%D0%BE%D1%83%D1%85%D0%B8%D0%BC%D0%B8%D0%B5%D1%81