Barbra Streyzand

Barbra Streyzand

Aktrisa

BİOQRAFİYA

Barbra Coan Streyzand 24 aprel 1942-ci ildə Nyu-Yorkun Bruklin rayonunda, yəhudi ailəsində dünyaya gəlib.  Valideynləri ABŞ-a Qalitsiya bölgəsindən mühacirət edib. Atası Emanuel Streyzand qrammatika müəllimi olub. Barbranın bir yaşı olanda vəfat edib. Atalığı Luis Kayndla münasibətləri çox pis olub. Sonuncu onu tez-tez döyüb. 1951-ci ildə Roslin Kaynd adlı bacısı dünyaya gəlib (o da müğənni olub). 1959-cu ildə “Erasmus Holl” adlı orta məktəbi bitirib. Məktəb xorunda Nil Daymondla birlikdə oxuyub. Eyni zamanda orada şahmat üzrə gələcək dünya çempionu Bobbi Fişerlə tanış olub. Anası onun aktrisa olmasına qarşı olub, belə ki, onun bu peşə üçün zahiri görünüş baxımından o qədər də cazibədar olmadığını əsas gətiriblər. Strayzend 2 dəfə evli olub. Birinci əri aktyor Elliot Quldla 1963-1971-ci illərdə evli olub (Ceyson Quld adlı oğlu var). 1998-ci ildə Ceyms Brolinə ərə gedib. Modelyer Donna Karanın yaxın dostudur. Ara-sıra rejissor, prodüser və bəstəkar kimi də fəaliyyət göstərir. Bundan başqa siyasi fəaldır. “Ən yaxşı aktrisa” və “ən yaxşı orijinal mahnı” nominasiyalarında ikiqat “Oskar” laureatıdır. Habelə “Emmi”, “Qremmi” və “Qızıl Qlobus” mükafatçısı olub. Müasir şou-biznesin ən çox kommersiya uğuruna imza atmış qadınlarından hesab olunur. Albomları ilə 1960, 1970, 1980, 1990, 2000 və 2010-larda “Bilboard 200” çartına başçılıq etmiş yeganə müğənnidir. Mahnılarından ibarət 145 milyon nüsxə plastinkası satılıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D1%80%D0%B5%D0%B9%D0%B7%D0%B0%D0%BD%D0%B4,_%D0%91%D0%B0%D1%80%D0%B1%D1%80%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç