Fibi Keyts

Fibi Keyts

Aktrisa

BİOQRAFİYA

Fibi Keyts – amerikalı aktrisa və müğənnidir. Rejissor və prodüser Cozef Keytsin qızı, kinorejissor Gilbert Keytsin əmisi qızıdır. Kinoda debütünü 1982-ci ildə gerçəkləşdirib. Aktrisa eyni zamanda "Paradise" filminin klipində ifa etdiyi mahnı ilə məşhurlaşıb. Həmçinin “Just One Touch” və “How Do I Let You Know” mahnıları “Özəl məktəb” filminin saundtrekləri siyahısına daxil edilib. 1989-cu ildə özündən 16 yaş böyük olan aktyor Kevin Klaynla ailə qurub. Onunla “Böyük məyusluq” (1983) filminin çəkilişlərində tanış olub. Klayn və Keyts Nyu-Yorkda yaşayır. Onların 1991-ci il təvəllüdlü Ouen Cozef Klay və 1994-cü il təvəllüdlü Qreta Simon Klayn adlı qızları var. Hər biri “Yubiley” (2001) filmində rol alıb. 2005-ci ildə aktrisa Nyu-Yorkun Medison avenyu prospektində “Blue Tree” adlı butikini açıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B5%D0%B9%D1%82%D1%81,_%D0%A4%D0%B8%D0%B1%D0%B8   

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç