Zak Qelliqan
Aktyor
Zakari “Zak” Vulf Qelliqan 14 fevral 1964-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Anası psixoloq Kerol Qelliqan, atası vəkil Artur Con Qelliqan olub. Kolumbiya Universitetini bitirib. Hazırda “Stonestreet Studios” teatr məktəbində aktyorluq sənəti üzrə dərs deyir. 1980-90-cı illərdə televiziyada və kinoda oynadığı rollarla şöhrət qazanıb. “Qremlinlər” və “Qremlinlər 2” filmlərində Billi Peltre, həmçinin “Mum fiqurlar muzeyi” franşizasında Mark Loftmor rolu ilə tanınıb. 1990-ci illərin ikinci yarısında daha çox populyar seriallarda ikinci dərəcəli və epizodik rollara dəvət alıb. (“Melrouz Pleys”, “Qəbir nağılları” , “Doktor Kuin, qadın həkim”, “Ulduz yolu: Voyacer” və s). Həmçinin “B” sinfinə aid filmlərə və müstəqil layihələrə çəkilir. Bundan başqa “Cadugər 2: Armageddon”, “Kiborq 3”, “Kupidon”, “Mutasiya: Milçək qatilləri”, “Ölüm pərisi”, “Gecə bədheybətləri”, “Çəkic 3” kimi qorxu janrında olan filmlərə çəkilib. VH1 Zakı “yeniyetmələrin ən sevilən 45 kumiri” siyahısına daxil edib. Daha çox qorxu filmləri o cümlədən “Qremlinlər”, “Qremlinlər 2”, “Mum fiqurlar muzeyi” və “Mum fiqurlar muzeyi 2: Zamanda itmişlər” filmlərində oynadığı rolları ilə məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Zach_Galligan