Marton Çokaş

Marton Çokaş

Aktyor

BİOQRAFİYA

Marton Çokaş 30 iyun 1966-cı ildə İnverkargill şəhərində (Yeni Zelandiya) anadan olub. Atası, macar əsilli Marton Çokaş İkinci Dünya müharibəsindən sonra Amerikaya köçüb, mexanik-mühəndis işləyib. Həmçinin Macarıstan sirkində akrobatlıq edib. Martonun anası ingilis, irland və Danimarka əsillidir, tibb bacısı işləyib. Marton Çokaşın özü zelandiyalıdır, həmçinin Macarıstan vətəndaşıdır. Çokaş "Shortland Street" (1993-1994) serialında oynadığı doktor Rozz Dodds rolundan sonra vətənində məhşurlaşır. Çokaşın karyerasında növbəti uğurlu işi 1997-2001-ci illərdə 10 seriyasına çəkildiyi “Zena: Döyüşçülərin kralı” serialı olur. O, bu serialda eyni vaxtda üç rol canlandırır: Zenanın sevgilisi Borayas, kahin Ksarfaks və köçərilərin hökmdarı Belax. Məhz Borayas rolu ona şöhrət qazandırır. 2010-cu ildə isə “Alisa möcüzələr diyarında” filmində Çarlz Kinqsli rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Marton_Csokas

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç