Kevin Zegers

Kevin Zegers

Aktyor, prodüser

BİOQRAFİYA

Kevin Cozef Zegers 19 sentyabr 1984-cü ildə Kanadanın Ontario əyaləti Vudstok şəhərciyində anadan olub. Atası Ceyms Zegers daş karxanasında işləyib, anası Meri Ellen Zegers isə müəllimdir. Kevinin Kristi və Keti adlı iki bacısı var. O holland əsillidir, belə ki, onun hər iki baba və nənələri Niderlandlıdır. Kevin 2002-ci ildə Müqəddəs Mariya məktəbini bitirib. 6 yaşından reklam çarxlarına çəkilməyə başlayıb. Model kimi fəaliyyət göstərib. 2008-ci ildə “Əlli gəzən ölülər”, 2011-ci ildə Rey Liotta və Viktor Qarberlə birlikdə “Adsız” filmində çəkilib. 2012-ci ildə “Titanik: Qan və polad” mini serialında, 2014-ci ildə “Çimərlikdə cinayət” serialının amerikan versiyası “Qreyspoynt” mini-serialında rol alıb. 2017-ci ildə Arnold Şvartseneggerlə birlikdə real hadisələr əsasında çəkilən Boden gölü üzərində iki təyyarənin toqquşmasından bəhs edən “Nəticələr” filmində çəkilib. “Hava padşahı”, “Ölülərin sübh şəfəqi”, “Transamerika”, “Oğlan qızda” və “Donmuşlar” filmlərindəki rolları ilə tanınıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%97%D0%B5%D0%B3%D0%B5%D1%80%D1%81,_%D0%9A%D0%B5%D0%B2%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç