Federiko Luppi
Aktyor
Federiko Luppi 23 fevral 1936-cı ildə Buenos-Ayresdə (Argentina) anadan olub. Teatr səhnəsində debüt edənə qədər bir çox peşələr dəyişib. Kinoda debütü 1965-ci ildə Pajarito Gomez filmində baş tutub. Ona şöhrət gətirən filmlər isə başlıca olaraq rejissor Adolfo Aristaraynın çəkdiyi filmlər olub. Bundan başqa Gilyermo Del Toronun “Xronos”, “İblis dağ silsiləsi” və “Favnın labirinti” kimi filmlərinə çəkilib. Argentinanın beynəlxalq səviyyədə tanınan aparıcı aktyorlarındandır. 2001-ci ildə İspaniyaya köçüb. İkinci ölkəsində həm kino həm də televiziya layihələrində iştirak edib. “Addımlar” adlı ispan lentinə rejissoruluq edib. Çoxsaylı kinomükafatların, o cümlədən, “Gümüş balıqqulağı”, San-Sebastyan kinofestivalı mükafatının laureatıdır. Altıqat “Gümüş kondor” kinomükafatının qalibidir. 2003-cü ildə İspaniya vətəndaşlığı alıb. 20 oktyabr 2017-ci ildə doğma şəhəri Buenos-Ayresdə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%83%D0%BF%D0%BF%D0%B8,_%D0%A4%D0%B5%D0%B4%D0%B5%D1%80%D0%B8%D0%BA%D0%BE