Viktoriya Abril
Aktrisa
Viktoriya Abril 4 iyul 1959-cu ildə Madrid şəhərində (İspaniya) anadan olub. 8 yaşından baletlə məşğul olub. 15 yaşında olanda ispan dilli əyləncə şousunun aparıcısı olub. 1970-ci illərin ortalarından etibarən kinolara çəkilməyə başlayıb. İlk filmi 1976-cı ildə ekranlara çıxan “Vəsvəsə” filmi olub. 1977-ci ildə Abril rejissor Visent Arandanın filmində transseksual rolunu oynayıb. Sonradan onunla sıx əməkdaşlıq edərək, daha 11 filminə çəkilib; “Lute” (1987), “Öləndən sonra bizi xatırlayan olmayacaq” (1995) San-Sebastiyan kinofestivalının mükafatçısı olub. “Sevgililər” (1990) filmi Berlin Kinofestivalında “Gümüş Ayı” mükafatı ilə təltif olunub. 1982-ci ildə Fransaya köçüb. İki dəfə “Sezar” mükafatına namizəd olub (“Xəndəkdə ay” və “Bağlılıq” filmlərinə görə). Həmçinin rejissor Naqis Osimin qalmaqallı “Maks, mənim məhəbbətim” (1986) filminə çəkilib (filmdə baş qəhrəman şimpanzeyə vurulur). 1980-ci illərin ortalarında Abril ispan rejissorların filmlərinə çəkilir. 1983-cü ildə Hayme Çavarrinin “Yay üçün velosipedlə” (1983), Manuel Qutyerres Araqonun “Ən möhtəşəm gecə”, Hayme de Arminyanın “Tilsimli saat” (1985) filmlərinə çəkilir. 1990-cı ildə Pedro Almodovarın “Məni bağla” filmində pornoaktrisa və narkoman qadın rolunu oynayıb. Film ona “Qoya” nominasiyası qazandırıb. Daha sonra Almodovarın “Hündür dikdabanlar” filmində (1991) və 2 il sonra “Kika” dramında rol alıb. Kino ilə yanaşı teleseriallara da çəkilir. Karyerası ərzində 80-dən çox filmə çəkilib. Rejissor Visente Aranda və Pedro Almodovarın filmlərində oynadığı rollarla məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B1%D1%80%D0%B8%D0%BB%D1%8C,_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80%D0%B8%D1%8F