Barbara Flinn

Barbara Flinn

Aktrisa

BİOQRAFİYA

Barbara Flinn 5 avqust 1948-ci ildə İngiltərənin Qastonqs əyalət şəhərində həkim-patoloqanatomun və evdar xanımın ailəsində anadan olub. İrland və ingilis kökənlidir. Orta məktəbi bitirdikdən sonra Gildholl musiqi və dram məktəbinə daxil olub. 1968-ci ildə həmin təhsil müəssisəsini qızıl medalla bitirib. Kino, teatr və televiziya sahəsi ilə yanaşı sənədli filmlərin səsləndirilməsi ilə də məşğul olur. İlk dəfə olaraq teleekranlarda “Z avtomobilləri” serialında epizodik rolla görüntülənib. 60-cı illərdə “Günün pyesi” adlı populyar teletamaşasının yaradılmasında iştirak edib. 1997-ci ildə Flinn “Xalis ingilis qətlləri” adlı məşhur kriminal serialda rol alıb. 2006-cı ildə tanınmış uşaq ədəbiyyatı yazarı – dövrünün  adət-ənənələrinə meydan oxuyan Beatris Potter haqqında “Miss Potter” bayopikinə çəkilib. Filmdə Barbara baş qəhrəmanın anası rolunu oynayır. Çəkiliş meydanını Rene Zelveger, Yuen MakQreqor, Emili Uotson, Bill Paterson kimi məşhur aktyor və aktrisalarla bölüşüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/barbara_flynn/

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç