Cek Qordon

Cek Qordon

Aktyor

BİOQRAFİYA

Cek Qordon 27 iyun 1985-ci ildə İngiltərənin Bredfordşir şəhərində dünyaya göz açıb. Belford Kollecini bitirdikdən sonra Milli Gənclər Teatrının truppasına qoşulub. 17 yaşında Kral Dram İncəsənət Akademiyasına qəbul olunub. 2007-ci ildə həmin təhsil ocağını bitirərək, aktyorluq sənəti üzrə bakalavr dərəcəsi əldə edib. Sonuncu kursda istedadları üzə çıxaran “Hamilton Hodell” agentliyi ilə müqavilə bağlayıb. Ekranlarda debütünü 2007-ci ildə “Ölülərin qiyamı” televiziya filmində gerçəkləşdirib. Daha sonra “Lüis” teleserialının (2008) bir epizoduna Ceyms Kuplənd roluna çəkilib.  Aktyor karyerası ərzində bədii/televiziya filmi və serialın səsləndirilməsi və çəkilişində iştirak edib. 2011-ci ildə  Marvel-in “Birinci qisasçı” blokbasterində Armi Hekler rolunda çıxış edib. Rejissor Elayn Konstantinin “Şimal ruhu” filmində Şon, BBC One telekanalında yayımlanan “Böyük Qatar Qarəti” (2013) teleserialında Ronni Biqs, BBC-də yayımlanan “Qanlı tarla” serialında Piter Fouli rolu ilə məşhurlaşıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jack_Gordon_(actor)

 

 

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç