Filip K. Dik
Yazıçı
Filip Kindred Dik 16 dekabr 1928-ci ildə ABŞ-da anadan olub. Onun “Günəşli lotereya” adlı ilk romanı 1954-cü ildə dərc olunub. Yaradıcılığının ən məhsuldar illəri 60-cı illərə təsadüf edir. 1962-ci ildə dünyanın ən mötəbər elmi-fantastika mükafatı sayılan “Hüqo” mükafatı ilə təltif olunub (Hündür qəsrdəki adam romanına görə). 1950-ci illərdən etibarən adı elmi-fantastik prozada bir “brendə çevrilib”. Müxtəlif jurnallar üçün hekayələr yazıb, və öz unikal üslubunu ortaya qoyub. 60-cı illərin sonu 70-ci illərin əvvəlində “Androidlər elektrik qoyunların arzusunu çəkir?”, “Axın, göz yaşları” kimi kitabları dərc olunub. Filip Dikin çox ağır həyatı olub. Üzləşdiyi çətinliklər onun əksər əsərlərində təcəssüm olunur. Şəxsi həyatına gəlincə beş dəfə evli olub, sonuncu nikahı 1976-cı ildə boşanma ilə nəticələnib. Dikin işləri başlıca olaraq avtobioqrafik xarakterlidir. “Albemut Azadlıq Radiosu” adlı romanı Berklidə yaşayan Filip adlı gənc fantastın dilindən rəvayət olunur. “Axmağın peşmançılığı” romanı isə Dikin həyatından olan real hadisələrə əsaslanır. Filip Dik 2 mart 1982-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.peoples.ru/art/literature/prose/fantasy/philip_kindred_dick/