Allan Gildi
Aktyor, rejissor, ssenarist, montajçı
Allan Gildi Şimali İrlandiyalı kino və telelviziya aktyoru, rejissor, ssenaristdir. Uşaq yaşlarından kinematoqrafiya ilə maraqlanmağa başlayıb. Hələ uşaq olarkən bir neçə uğurlu seriala çəkilib. Lakin aktyorluqla yanaşı prodüser və rejissor kimi fəaliyyət göstərib. Gildi şəxsi telestudiyasında ərsəyə gələn layihələr İngiltərədə, İrlandiyada, Şotlandiyada və ABŞ BBC və Channel 4 kanallarında yayımlanıb. BBC kanalındakı fəaliyyətinə görə "Shark" mükafatına layiq görülüb. Pol Qrinqrassın "Qanlı bazar günü" (2001) tarixi dramındakı rolu ona məşhurluq gətirib. Filmdə Ceyms Nesbitt, Qerard Krossan, Meri Moulds, Karmel Mak Kelion, Tim Piqot-Smitt, Nikolas Ferrell və digər britaniyalı və irlandiyalı aktyorlarla tərəf-müqabili olub. Corc Martinin “Buz və atəş musiqisi” romanı əsasında reytinqli “Taxtların oyunu” fentezi serialında Samvell Ston rolunda çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/allan_gildea/