Alesa Kaçer
Aktrisa
Alesa Mixaylovna Kaçer 9 may 1987-ci ildə Minskdə anadan olub. 2004-cü orta məktəbi bitirdikdən sonra Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 2008-ci ildə həmin təhsil ocağını qırmızı diplomla bitirib. Məzun olduqdan dərhal sonra kinoya çəkilməyə başlayıb. Həm Rusiya və Belarus həm də post-sovet məkanın, o cümlədən Azərbaycan, Ukrayna istehsalı olan filmlərdə baş və ikinci plan rollara çəkilib. Daha çox rejissor Aleksandr Barşakın “12 ay” filmində (2013) oynadığı rolla məşhurlaşıb. Çəkiliş meydanında Artur Smolyaninov, Yekaterina Quseva, İvan Dorn və digər aktyorlar tərəf müqabili olub. Azərbaycan tamaşaçısı Alesanı İlqar Fəhminin eyniadlı əsəri əsasında Rövşən İsaxın lentə aldığı “Aktrisa” trillerində oynadığı baş qadın rolu ilə tanıyır. Şəxsi həyatına gəlincə 2018-ci ildə aktyor Vaxtanq Beridze ilə ailə qurub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: