Migel de Servantes Saavedra
Yazıçı
Migel de Servantes Saavedra 29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlib. Miqel de Servantes həkim ailəsində doğulub, uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərib, 38 yaşında ədəbiyyat sahəsinə gəlib. Həyatının ilk illəri haqqında az məlumat var. Həyatının çoxunu ailəsi ilə birlikdə şəhər-şəhər gəzib. Elə bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olur və bir-birlərinə vurulurlar. Lakin Cozefinanın atası onların görüşməsinə icazə vermir. 1569-cu ildə Servantes İtaliyaya köçür və 1575-ci ildə quldurlar tərəfindən əsir alınır. Sonralar o Madridə qayıdıb. Onun Kastiliyanı tərk etmə səbəbləri naməlumdur. Görkəmli ədib Madriddə vəfat edib. 1585-ci ildə Servantes "Qalateya" adlı pastoral roman, 1605-ci ildə "Don Kixot"un birinci hissəsini sonralar müxtəlif hekayələrini: "Qaraçı qız", "Qan gücü", "Ledi Korneliyanın romanı", "İtlərin söhbəti", 1615-ci ildə isə "Don Kixot"un ikinci hissəsini yazıb. "Don Kixot" Lamançlı Don Kixotun macəralarından ibarət iki hissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yeri tutur. Bu əsər nəşr olunduqdan sonra tez bir zamanda böyük şöhrət qazanır və dünyanın bir çox dillərinə tərcümə olunur. Servantes həm də lirik şeirlər müəllifidir. Lope de Veqadan əvvəl onun dramları ispan ədəbiyyatında böyük hadisə olur. Onun "Don Kixot" romanı klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Migel_de_Servantes