Pauers But
Aktyor
Pauers But 1 iyun 1948-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Pauersin uşaqlığı Texas fermasında keçib. Texas Universitetini bitirib. Daha sonra Dallasın Cənubi Metodiki Universitetində incəsənət üzrə magistr dərəcəsi əldə edib. Kino karyerasına aparan yol, teatr səhnəsindən keçib. 1979-cu ildə “Tənha ulduz” adlı Brodvey tamaşasında oynadığı rolla məşhurlaşıb. Televiziyada isə 1980-ci ildə “Qayan faciəsi: Cim Consun hekayəsi” filmində oynadığı Cim Consrolu ona şöhrət gətirib. Həmin rola görə “Emmi” mükafatına layiq görülüb. Karyerası ərzində Pauers But altmışdan çox televiziya və bədii filmə çəkilib. Daha çox tarixi kinolarda sərkərdə və ya başçı obrazlarına dəvət olunur. “Qırmızı şəfəq”, “Ehtiyat tədbirləri”, “Stalinqrad”, “Tumstoun”, “Mavi səma”, “Nikson” və “Günahlar şəhəri” kimi yüksək reytinqli filmlərdə rol alıb. Televiziyada “Dedvud” və “24 saat” serialında, həm çinin “Əsl qadınlar”, “Atilla- istilaçı” və “Hetfild və Makkoyların qan davası” kimi mini seriallarda görüntülənib. 2012-ci ildə Neşvil serialında Pauers güclü siyasi xadim Lamar Uayett roluna dəvət olunub. İkinci mövsümdə aktyorun serialdakı statusu daimi roldan epizodik rola qədər endirilib, belə ki, onun qəhrəmanı artıq süjetdə xüsusi önəm kəsb etməyib. İkinci mövsümün ortalarında onun personajı ölür. Köklü Texaslı olan Pauersin adı, 2009-cü ildə karyerasında nailiyyətlərinə görə Texasın şərəf lövhəsinə daxil edilib.1969-cu ildə ailə qurub, iki övladı var. Son günlərini Tennessi ştatında keçirib. 14 may 2017-ci ildə ürək çatışmazlığından vəfat edib. Buna qədər isə yarım il ərzində mədəaltı vəzi xərçəngindən əziyyət çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: