Sia

Sia

Bəstəkar, aktrisa, rejissor, ssenarist, prodüser, montajçı

BİOQRAFİYA

Sia Keyt İzobel Furler 18 dekabr 1975-ci ildə Avstraliyada anadan olub. Daha çox qısa şəkildə Sia adıyla tanınan Avstraliya solo ifaçısı və mahnı müəllifidir. Musiqi karyerasına 17 yaşında olarkən qatıldığı caz funk qrupu olan "Crisp" ilə çalışmağa başlayıb. "Crisp"in iki albomunun ardından 1997-də qrupdan ayrılıb və həmin il "OnlySee" adlı ilk solo albomu işıq üzü görüb. Londona köçdükdən sonra 2001-de ikinci albomu "Healing Is Difficult"u satışa çıxarılıb. "Taken for Granted" adlı single-si ilə İngiltərə siyahılarında ilk onluqda yer alır. 2004-də üçüncü albomu "Colour the Small One" və 2007-də konsert albomu "Lady Croissant"ı təqdim edib. 2008-ci ildə "Some People Have Real Problems" adlı üçüncü albomu Amerika Billboard 200 siyahısında ilk otuzluğa düşür. O il Christina Aguilera 'nın Bionic albomunda dörd bəstəsi yer alır. Furler, 2011-ci ildə David Guettanın " Titanium " və Flo Rida 'nın " Wild Ones " mahnılarında vokalçı kimi çıxış edib. Bu iki mahnı ilə Amerika Billboard Hot 100 siyahılarında ilk onluğa düşüb. "Qremmi" mükafatı sahibidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Siya_F%C3%B6rler

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç