Metyu Horn

Metyu Horn

Aktyor

BİOQRAFİYA

Metyu Horn 6 sentyabr 1978-ci ildə Nottinqem şəhərində (İngiltərə) anadan olub. Uşaqlıqdan bəri incəsənətlə maraqlanıb. "Burton Joyce Primary School" daha sonra isə "Minister School" məktəbini bitirib. Bir müddətdən sonra Horn Mançester Universitetinə daxil olub, orada aktyorluq sənəti üzrə ali təhsil alıb. Komediya janrı üçün aktyorluq istedadının olduğuna əmin olduqdan sonra, bu istiqamətdə püxtələşməyə çalışıb. Bir müddət solo aktyor olaraq çıxışlar etsə də, sonradan komik MakKinnonla “Mat and MacKinnon” ilə duet yaradıb. Onlar birlikdə 2000-ci ildə Edinburq festivalında çıxış ediblər. 2004-cü ildə populyar "Teachers" serialında rol alıb və bir daha möhtəşəm aktyorluq bacarığını ortaya qoyub. 2007-ci ildə "Roman’s Empire" komediya filminə çəkilib, həmçinin Robin Qud haqqında serialda rol alıb. Onun ən məşhur işi – “Gavin and Stacey” teleserialında oynadığı Qevin Şipman roludur. Aktyor çoxsaylı mükafatların laureatıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.peoples.ru/art/cinema/actor/mathew_horne/

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç