Kimberli Uolş

Kimberli Uolş

Aktrisa, müğənni

BİOQRAFİYA

Kimberli Ceyn Uolş 20 noyabr 1981-ci ildə Bradford şəhərində (İngiltərə) anadan olub. Ailənin ikinci övladıdır.  Uşaqlığından bəri reklam çarxlarına çəkilib, məktəb tamaşalarında fəal iştirak edib. 2002-ci ildə Popstars: The Rivals şousunun kastinqindən keçib (ilk cəhddən iştirakçıların onluğuna düşə bilməsə belə). 2013-cü ildə kimi "Girls Aloud" qrupunun solisti olub. Aktrisa olaraq Kimberli özünü televiziya və kinoda da sınaqdan keçirib. Həm musiqi həm də rəqsi sevdiyi üçün, musiqili tamaşaları üstünlük verir. 2011-2012-ci illər ərzində Vest-Endin “Şrek: Müzikl” tamaşasının parlayan ulduzu olub. Həmin müziklda hamilə qalan Amanda Holdeni əvəz edərək Şahzadə Fiona rolunda çıxış edib. 2012-ci ildə “Strictly Come Dancing” şou layihəsində iştirak edib. Müğənninin tərəfdaşı rəqqas Paşa Kovalyov olub və cütlük finala qədər adlayıb. 2004-cü ildən ifaçı Castin Skottla evlidir. Onların birgə nikahdan 2014 təvəllüdlü Bobbi Skot adlı oğlu var. 2013-cü ilin payız ayında memuarlarından ibarət “A Whole Lot of History” avtobioqrafik kitabını yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BB%D1%88,_%D0%9A%D0%B8%D0%BC%D0%B1%D0%B5%D1%80%D0%BB%D0%B8

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç