Lüsinda Uayteli

Lüsinda Uayteli

Ssenarist, prodüser

BİOQRAFİYA

Lüsinda Uayteli – britaniyalı prodüser və ssenaristdir. Öz televiziya karyerasını uşaq kabel və peyk kanalının yaradıcısı kimi başlayıb. Daha əvvəl isə “Lonmqman” nəşriyyat evində çalışıb. 1989-cu ildə Dördüncü kanalda səhər teleproqramının redaktoru qismində işə götürülüb. “Böyük səhər yeməyi”, “Dördüncü kanalın xəbərləri” kimi proqramlarda çalışıb. 1992-ci ildə Dördüncü Kanalın uşaq proqramları redaksiyasına rəhbərlik edib. Onun dövründə “WISE UP», «COPING WITH», «ANT AND DEC UNZIPPED» «ZIG AND ZAG’S DIRTY DEEDS»( RTS) kimi məşhur uşaq serialları və Terri Pretçettin “Hamar dünya” silsiləsindən olan romanların ekranizasiyaları işıq üzü görüb. 2001-ci ildə Mayk Uottsla birlikdə “Novel Entertainment” adlı prodakşn şirkətini təsis edib. Şirkət populyar uşaq brendlərinin yaradılması və KİV-də tanıtımı, həmçinin uşaq filmlərinin prodüserliyi ilə məşğul olur. Şirkət 2001-ci ildən bəri 650-dən çox radio-televiziya layihəsinə prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ovideo.ru/persona/30824#ixzz5ZJ2YmfIt

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç