Françeska Saymon
Ssenarist
Françeska Saymon 23 fevral 1955-ci ildə Missuri ştatının Sent-Luis şəhərində dünyaya gəlib. Uşaqlığı Kaliforniyada keçib. Yels və Oksford Universitetlərində oxuyub, orta əsr ədəbiyyatı və tarixi üzrə ixtisaslaşıb. Daha sonra tarixşünaslıqdan vaz keçərək, müstəqil journalist olub. "Sunday Times", "Guardian", "Mail on Sunday", "Telegraph" və "Vogue" kimi məşhur jurnal və qəzetlər üçün məqalələr və köşə yazıları yazıb. 1989-cu ildə Coşua adlı oğlunun doğulmasından sonra uşaq kitabları yazmağa başlayıb. Bugünə kimi 50-dən çox kitabı dərc olunub. Ən məşhur əsərləri “Yaramaz Henri” silsiləsindən olan romanlardır. (11 milyondan çox nüsxə satılıb). Françeska 2008-ci ildə “İlin uşaq kitabı” müsabiqəsinin qalibi olub. Henri haqqında kitabları 24 ölkədə nəşr olunub, onun haqqında 2011-ci ildə film həmçinin animasiya serialı çəkilib. Hazırda (2017-ci il üçün) əri, oğlu və Şanti adlı iti ilə Londonda yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Francesca_Simon