Endrü Bovell
Ssenarist, prodüser
Endrü Bovell 1962-ci ildə Kalqurli şəhərində (Cənubi Avstraliya) anadan olub. Orta təhsilini Perz şəhərində alıb. Sonradan Qərbi Avstraliya Universitetində ali təhsil alıb, bakalavr dərəcəsi əldə edib. Ardınca Melburn şəhərində Viktoriya İncəsənət Kollecində dram incəsənəti ixtisası üzrə təhsilini artırıb. Hazırda Cənubi Avstraliyada yaşayır. Kinoda daha çox “Lantana” (2001), “Ən təhlükəli adam” (2014), “Başı-divara” (1998), “Xeyir-dua almış” (2009) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına görə, karyerası ərzində ümumilikdə 12 filmin ssenaristi olub, 1 filmə prodüserlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0100597/