Anton Korbeyn
Ssenarist, rejissor, prodüser, operator, aktyor
Anton Korbeyn 20 may 1955-ci ildə protestant keşişi və tibb bacısının ailəsində anadan olub. Karyerasına fotoqraf olaraq 1972-73-cü illərdə başlayıb. Yeniyetməlik çağında atasının fotoaparatını götürərək fotoqraf adı altında müxtəlif konsertlərdə iştirak edirdi. Bununla belə yerli nəşrlər onun işlərini böyük həvəslə dərc edirdilər. Fotoqraf olaraq ilk ciddi işi Niderlandın “Oor” pop jurnalında yayımlanıb. 1979-cu ildə Niderlanddan Londona köçüb və yeni Britaniya qruplarının (Joy Division, Public Image Ltd və sair) fotoqrafı olub. Həmçinin sonradan bir çox qruplara o cümlədən "Depeche Mode" və "U2" kimi tanınmış qruplara kliplər çəkib. Həmçinin Front 242, Metallica, Nirvana, Джонни Кэша, Брайана Адамса, Roxette, Coldplay və digərləri ilə əməkdaşlıq edib. 2007-ci ildə böyük kinoda debüt edib; "Joy Division" qrupunun frontmeni Yen Körtis haqqında “Nəzarət” adlı biopik çəkib. Paralel olaraq filmin çəkilişlərindən bəhs edən kitab yazıb. 2010-cu ildə Corc Kluninin baş rola çəkildiyi “Amerikalı” kəskin süjetli kriminal dramını lentə alıb. 2014-cü ildə “Ən təhlükəli adam” adlı üçüncü filmi ekranlara yol tapıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%80%D0%B1%D0%B5%D0%B9%D0%BD,_%D0%90%D0%BD%D1%82%D0%BE%D0%BD