Barbara Brılska
Aktrisa
Barbara Brılska 5 iyun 1941-ci ildə Polşada Lodzi yaxınlığındakı Skotniki şəhərində anadan olub. 15 yaşında olarkən ilk rolunu kinoda ifa edir. Çəkilişlərdən sonra teatr dərnəyində məşğul olmağa başlayır. O, Lodz teatr məktəbində oxuyurdu. 1967-ci ildə oranı qurtarır. 1966-cı ildə Boleslav Prusun romanı əsasında çəkilən "Firon" filmində (rejissor: Yeji Kavaleroviç) kahinə Kama rolunu ifa edir. Barbaraya ən böyük şöhrət gətirən rolu isə çoxlu söz-söhbətə səbəb olan "Sevgi anatomiyası" filmində oynadığı Həvva obrazı idi. O, həm də Sovet, Çexoslovakiya və Bolqarıstan kinorejissorlarının filmlərində də çəkilib. SSRİ-də onu tanınmış edən "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmində ifa etdiyi Nadya rolu oldu. Barbara Brılska bu rola görə SSRİ Dövlət Mükafatına layiq görülüb. XXI əsrin əvvəlində o, teatr səhnələrinə çıxmağa başladı. Brılskanın teatr səhnəsində ilk rolu Moskvada dramaturq Ronald Harvudun "Kvartet" əsərinin tamaşasında olub. Keçmiş SSRİ məkanında daha çox Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki Nadya Şevelyova rolu ilə tanınır. 1982-ci ildə oğlu Lüdviq anadan olub. Qızı aktrisa və model Barbara Kosmal (1973—1993) Bjezinı şəhərindəki avtomobil qəzasında faciəvi şəkildə həlak olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Barbara_Br%C4%B1lska