Cozef Qordon-Levitt

Cozef Qordon-Levitt

Aktyor

BİOQRAFİYA
Cozef Qordon-Levitt 17 fevral 1981-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) doğulub. Yəhudi əsilli ailədə dünyaya gələn Qordon-Levitt valideynlərinin solçu dünya görüşü və feminist baxışları səbəbilə həm atasının (Levitt), həm də anasının (Qordon) soyadını daşıyır. Hələ uşaq yaşlarından aktyorluğa başlayıb. "Gizli dəri", "Yayın 500 günü", "Kərpic", "50/50" kimi əsasən müstəqil filmlərlə populyarlaşsa da, "Linkoln", "Başlanğıc", "Qara cəngavər: Əfsanənin yüksəlişi" kimi Hollivud filmlərində də yer alıb. Qordon-Levitt 2010-cu ildə onlayn vebsayt "HitRECords"un əsasını qoyur. Portal gənc və tanınmamış yazıçılar, rəssamlar, rejissorlar, şairlər və sair sənətkarların azad şəkildə öz sənətlərini yaymaları, tanış olmaları və tanınmaları üçün nəzərdə tutulub. Aktyorun özü də gənc sənətkarlara dəstək olur, qısa filmlərin çəkilməsinə və gənc yazarların əsərlərinin çap edilməsinə köməklik göstərir. Layihəni televiziya sahəsinə "HitRECords on TV" adı ilə daşıyan aktyor bununla ABŞ televiziyasının ən nüfuzlu mükafatı olan "Emmi"yə layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Cozef_Qordon-Levitt

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç