Karan Brаr

Karan Brаr

Aktyor

BİOQRAFİYA

Karan Brar 18 yanvar 1999-cu ildə Vaşinqton ştatının Redmond şəhərində, hind ailəsində anadan olub. Uşaqlığı Botelle şəhərində keçib. Sabrina adlı böyük bacısı var. Məktəbdə oxuduğu vaxt aktyorluq kurslarına gedib. Aktyor karyerasına 11 yaşından başlayıb, “Fağırın gündəliyi” filmində mərkəzi rollardan birini oynayıb. Amerikada boya-başa çatdığından hind ləhcəsi ümumiyyətlə olmayıb. Həmin rola görə hind ləhcəsində ingilis dilində danışmağı öyrənməli olub. Onu ən çox məşhurlaşdıran rolu Disney kanalında yayımlanan “Cessi” komediya serialı olub. 2015-ci ilin fevralından etibarən həmin serialın spinoff-u sayılan “Yay düşərgəsinə” çəkilib. “Cessi” teleserialında oynadığı rolun sayəsində şöhrət qazanıb. Həmçinin “Fağırın gündəliyi” və onun sikvellərində oynadığı rolla tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%B0%D1%80,_%D0%9A%D0%B0%D1%80%D0%B0%D0%BD

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç